Tovuzda bu ay 26 toy, 31 yas məclisində karantin qaydaları pozulub - VİDEO

Tovuzda bu ay 26 toy, 31 yas məclisində karantin qaydaları pozulub - VİDEO
# 23 oktyabr 2021 10:43 (UTC +04:00)

Tovuzda sanitar-karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb edilib.

APA-nın yerli bürosunun məlumatına görə, koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcədə əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib.

Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Daha sonra yoxlamalar ictimai nəqliyyat, yəni avtobus və taksilər davam etdirilib. İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda-taksi, avtobuslarda tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına ŞBPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ciddi nəzarət edir və bu istiqamətdə monitorinqlər tədbirləri diqqət mərkəzində saxlanılır.

Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, sərnişinlərə tibbi maska paylanılıb, bu qaydalara əməl etməyən 30 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.

Rayon ərazisində keçirilən toy və yas məclislərində pandemiya tələblərinin pozulması halları da aşkarlanıb. Belə ki, oktyabr ayı ərzində qaydaları pozan 26 toy məclisində 6300 manat, 31 yas mərasimində isə 6200 manat cərimə protokolu tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR