Türkdilli Dövlətlərin Baş Prokurorları Şurası təsis edilib ​​​​​​​ - FOTO

TDƏŞ-ə üzv dövlətlərin Baş prokurorlarının Bakıda keçirilən ilk iclası

© APA | TDƏŞ-ə üzv dövlətlərin Baş prokurorlarının Bakıda keçirilən ilk iclası

# 01 noyabr 2021 10:38 (UTC +04:00)

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorlarının ilk iclasında Türkdilli Dövlətlərin Baş Prokurorları Şurası təsis edilib.

APA-nın xəbərinə görə, iclasda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını həyata keçirməklə yanaşı çoxsaylı qlobal və regional təşəbbüslərdə fəal iştirak edir.

Qeyd olunub ki, regionda baş verən çağırışlara və təhdidlərə qarşı mübarizədə, mövcud potensialın inkişafında və qarşılıqlı təcrübə mübadiləsində qardaş və dost türkdilli ölkələrin prokurorluq orqanları ilə əlaqələrin yeni formatda təşkili cinayətkarlığa qarşı mübarizə üzrə birgə səylərin gücləndirilməsinə və daha effektiv təşkili üçün mühüm amil hesab edilib.

3 oktyabr 2009-cu il tarixdə Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən 9-cu zirvə toplantısında türkdilli ölkələr arasında ortaq tarix, dil, mənsubiyyət və mədəniyyətə əsaslanan qarşılıqlı maraqları və münasibətləri daha da inkişaf etdirmək və həmrəyliyi gücləndirmək məqsədilə təməli qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində üzv ölkələrin Baş Prokurorları Şurasının təsis edilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR