Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri İmarət kompleksini ziyarət ediblər - FOTO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirləri Ağdamda

© APA | Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirləri Ağdamda

# 11 sentyabr 2021 13:59 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndələri Ağdama səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, qonaqlar Pənahəli xanın İmarət kompleksini ziyarət ediblər.

Qonaqları Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olmuş Ağdam rayon üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Nümayəndə heyətin ermənilən Pənahəli xanın İmarət kompleksində törətdikləri vandallıq aktları, Qarabağ xanlarının dağıdılmış türbələri, o cümlədən şair Xurşidbanu Natəvanın məhv edilmiş məzarı göstərilib.

Qeyd edək ki, səfər çərçivəsində qonaqların Ağdam Dram Teatrının binasının qalıqlarını, Ağdam Cümə məscidini, Qiyaslı məscidini və Şahbulaq qalasını ziyarət edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR