Türkdilli və region ölkələrinin seysmik mərkəzlərinin birgə təşkilatı yaradılacaq

Türkdilli və region ölkələrinin seysmik mərkəzlərinin birgə təşkilatı yaradılacaq
# 01 dekabr 2021 19:29 (UTC +04:00)

“Türkiyə tərəfi Azərbaycana Qarabağda quraşdırılacaq seysmik stansiyalarla bağlı dəstək göstərmək niyyətindədir”.

APA-nın məlumatına görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində görüşdə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqan yardımçısı İsmayıl Palakoğlu deyib. O bildirib ki, türkdilli dövlətlərin və region ölkələrinin seysmik mərkəzlərinin birgə təşkilatının yaradılması nəzərdə tutulur: “Həmin təşkilat çərçivəsində əməkdaşlıq və birgə tədqiqatların aparılması regionun seysmik vəziyyəti ilə bağlı daha yaxşı nəticələrin əldə olunmasına səbəb ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR