Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının baş prokurorları bu gün Bakıya səfər edəcək

Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının baş prokurorları bu gün Bakıya səfər edəcək
# 31 oktyabr 2021 16:46 (UTC +04:00)

Sabah Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.
APA-nın məlumatına görə, iclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.
Qeyd edək ki, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar bugün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaqlar.
Baş Prokurorluğun Mətbuat xidməti APA-ya məlumatı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR