Türkiyədə "Qarabağ bölgəsində mülkiyyət hüquqlarının pozulması və bölgənin gələcəyi" mövzusunda konfrans keçirilib

Türkiyədə "Qarabağ bölgəsində mülkiyyət hüquqlarının pozulması və bölgənin gələcəyi" mövzusunda konfrans keçirilib
# 01 iyun 2021 01:11 (UTC +04:00)

Mayın 31-də Türkiyənin Ankara Universitetində (AU) “Azərbaycan Respublikasının Qarabağ bölgəsində mülkiyyət hüquqlarının pozulması və bölgənin gələcəyi” mövzusunda konfrans keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ankara Universitetinin Tətbiqi Elmlər fakültəsinin dekanı Harun Tanrıvermişin moderatorluğu ilə keçirilən tədbirdə təcavüzkar Ermənistanın işğalından azad edilən Qarabağın bərpa edilməsi üçün görülə biləcək işlərdən danışılıb.

Alim deyib ki, konfransın məqsədi bölgədə yaranmış yeni mənzərəyə baxış sərgiləməkdir.

Tədbirdə erməni qəsbkarları tərəfindən yandırılmış, dağıdılmış Azərbaycan ərazisinin yenidən inşası, kadastrı, memarlığı, viran qalmış ərazilərdən vaxtilə didərgin əhalinin qayıdışı üçün maddi dəstəyin təmin olunması, beynəlxalq hüquq çərçivəsində ərazidə yaşayan Azərbaycan vətəndaşlarına maddi təzminatın ödənməsi və digər hüququların təmin olunmasından bəhs edilib və Ankara universitetinin uyğun ixtisasları üzrə mütəxəssislərin təcrübəsindən istifadə edilməsi təklif edilib.l

Azərbaycanın Türkiyədəki səfri Xəzər İdrahim Ermənistanla ölkəmiz arasında dövlət sərhədimizin bərpası, düşməndən təmizlənən ərazilərdəki yenidən qurulması işləri barədə müfəssəl məlumat verib.

Səfir bildirib ki, hazırda bölgədə ən çətin proses ərazilərin minalardan təmizlənməsi, yaşayış üçün infrastrukturun yaradılmasıdır “Azərbaycan ən qısa zamanda məlum işğal nəticəsində yurdlarından didərgin düşən soydaşlarımızın öz evlərinə dönməsini təmin edəcək. Qarabağda Azərbaycan vətəndaşlarının sadəcə şəxsi mülkiyətləri deyil, Qarabağın təbiəti, nadir ağacları məhv edilib, faydalı qazıntı yataqları israfçılıqla istifadə edilib, bütün bunlar mərhələli və sistemli şəkildə inşa və bərpa ediləcək”.

Səfir deyib ki, Qarabağ ərazisinin yenidən inşası üçün ən keyfiyyətli vasitələrdən, ən yaxşı mütəxəssislərdən istifadə olunması və Prezident İlham Əliyevin sərgilədiyi qətiyyətli mövqe sayəsində bütün sahələrdə olduğu kimi, münasibətləri daha da inkişaf edən Azərbaycanla Türkiyənin işğaldan azad olunan ərazilərdə də birgə fəaliyyət göstərməsi nəzərdə tutulub.

Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl Azərbaycan Respublikasının yaranması tarixi, dövlətçiliyimizə mane olan məsələlər, regionun qədim mədəniyyəti və sivilizasiya tarixi barədə geniş çıxış edib. Bölgəyə köçürülmüş ermənilərin Azərbaycan xalqına qarşı çoxsaylı ağır cinayətlərindən danışan alim diqqətə çatdırıb ki, vaxtilə Osmanlı dövlətinə silahlı qiyamlar yaradan ermənilər eyni xainliyi xalqımıza qarşı da törədiblər.

Konfransa videoformatda qatılan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mübariz Məmmədli işğaldan azad olunan bölgələrin idarə olunması üçün yaradılan dövlət strukturları, onların funksiyaları, bərpa və yenidənqurma prosesləri ilə bağlı qəbul olunan qərarlar, onların icrasına nəzarət mexanizmləri barədə ətraflı məlumat verib.

Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycanın qazandığı tarixi zəfər regional inkişaf kontekstində yeni bir mərhələnin başlanğıcını qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR