Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Firudin Qurbanov

© APA | Firudin Qurbanov

# 25 may 2021 16:21 (UTC +04:00)

Ölkədə icra olunan ikili diplom proqramları çərçivəsində təsis edilməsi nəzərdə tutulan 5 beynəlxalq ikili diplom proqramından 3-ü 2020-ci ildən həyata keçirilir.

APA-nın məlumatına görə, bunu Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları arasında “Türkiyə-Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda keçirilən görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib. Onun sözlərinə görə, bu proqramlar üzrə hazırda 115 tələbə təhsil alır.

Nazir müavini eyni zamanda qeyd edib ki, Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faizdən çoxdur. Türkiyədə isə 23 min Azərbaycan vətəndaşı təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR