Türkiyənin mədəniyyət və turizm naziri: "Azərbaycanla ortaq layihələrə dəstək veriləcək"

Məhmət Nuri Ərsoy

© APA | Məhmət Nuri Ərsoy

# 24 sentyabr 2021 16:33 (UTC +04:00)

"Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə bir sıra görüşlər keçirmişik. Bu görüşlər əsasən arxeoloji qazıntılar və restavrasiya ilə bağlı olub".

APA-nın Şanlıurfaya ezam olunan müxbirinin məlumatına görə, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy bildirib. Onun sözlərinə görə, Azərbaycan Türkiyənin elmi məlumatlarından və təcrübəsindən yararlanmaq istəyir: "Bütün bunlarla bağlı protokollar hazırlanır. Ortaq layihələrə birgə dəstək veriləcək. Əsas müzakirə mövzularından biri kadr ehtiyatının sistemli şəkildə hazırlanmasıdır”.

Prezident Rəcəb Tayyib Ərdoğanın Qarabağı, o cümlədən Şuşanı ziyarət eydiyini xatırladan nazir, Türkiyənin bu bölgələrdə təklif edilən ərazilərdə dəstək göstərəcəyini bildirib. Onun sözlərinə görə, Türkiyə bir sıra layihələrin həyata keçirilməsini öz üzərinə götürəcək: "Hazırda TİKA ilə birlikdə layihələr dəyərləndirilir. Azərbaycan dövlətinin bizdən istədikləri ilə maraqlanacağıq".

"Azərbaycanın turizm sahəsində apardığı işləri yaxından izləyirəm və düzgün hesab edirəm” deyən türkiyəli nazir bildirib ki, xüsusilə, təqdimat məsələsində irəliləyiş var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR