Türkiyənin tanınmış professoru robotik cərrahiyyə ilə xərçəngin möcüzəvi müalicəsini açıqlayıb

Türkiyənin tanınmış professoru robotik cərrahiyyə ilə xərçəngin möcüzəvi müalicəsini açıqlayıb
# 01 dekabr 2021 14:09 (UTC +04:00)

Türkiyənin tanınmış professoru Murat Binbay robotik cərrahiyyə ilə xərçəngin möcüzəvi müalicəsi haqda bilgilərini bölüşüb.

APA tanınmış robotik cərahiyyə həkiminin inqilabi müalicə üsulu ilə bağlı fikirlərini təqdim edir.

Robotik cərahiyyə kompyuter sistemi vasitəsilə icra edilən bir cərrahiyyə sistemidir. Robotik cərrahiyyə ilk dəfə 2005-ci ildə istifadə edilib. İlk dəfə ginekologiya sahəsində istifadə edilən robotik cərrahiyyə, daha sonrakı illərdə bir çox müxtəlif sahədə də istifadə olunub. Hazırda urologiya sahəsində xərçəngin müalicəsində robotik cərrahiyyə ilə çox böyük uğurlar əldə edilməkdədir.

Robotik cərahiyyə sistemində xəstənin bədənində kiçik dəliklər açılaraq əməliyyat həyata keçirilir. Minimal invaziv cərrahiyyənin ən yeni halı olan robotik cərrahiyyə həm xəstəyə, həm də cərraha bir çox üstünlüklər gətirir. Minimal invaziv cərrahiyyə insan bədənində ən az kəsik ilə, olduqca kiçik ölçülü dəliklər vasitəsi ilə xəstəliyi müalicə etməyi hədəfləyir. Minimal invaziv cərrahiyyə vasitəsilə daha az yara, iz və daha sürətli sağalma mümkündür. Bu üsul həmçinin daha az qan itkisinə və infeksiya riskinin azalmasına kömək olur.

Laporoskopik (qapalı) əməliyyatların daha qənaətbəxş nəticə verməsini və daha asan bir şəkildə gerçəkləşdrilməsini mümkün edən robotik cərrahiyyə balaca dəliklər vasitəsilə böyük bir kəsik açılmamasına və əməliyyatların daha sürətli həyata keçirilməsinə şərait yaradır. Bununla belə, robotik cərrahiyyə ilə gerçəkləşdirilən əməliyyatlarda xəstələr daha sürətli bir şəkildə sağlamlıqlarına qovuşmaqdadırlar.

Robotik cərrahiyyənin istifadə edildiyi əməliyyatlarda əməliyyatı icra edən, bilinənlərin əksinə olaraq robot deyil, məhz həkimdir.

Adının robotik olmasına görə insanlar arasında bu prosedurun robotlar tərəfindən icra edildiyi düşünülməkdədir.

Robotik cərrahiyyə sistemində həkim əməliyyat alətlərini birbaşa hərəkət etdirərək işləmir. Kompyuterlə dəstəklənmiş sistemdə çalışan həkim, idarəetmə masası arxasında oturaraq uzaqdan əmrlər verir. Bu əmrlər robotun qollarında müvafiq olaraq uyğunlaşmış alətləri hərəkətə keçirir. Robot, həkimdən uzaqdan olmaqla birbaşa aldığı əmrlərlə hərəkət edir. Robotik cərrahiyyə həkimlərə yüksək standart və keyfiyyətdə əməliyyat icra etmək şansı verir.

Robotik cərrahiyyə əməliyyatlarında istifadə edilən robot da Vinci cərrahiyyə robotudur. Bu sistem 3 əsas ünsürdən təşkil olunub:

Konsol: cərrah konsolda uzaqdan əmrlər verir. Konsol isə uzaq idarəetmə cihazı ilə işləməkdədir.

Robot qolları hissəsi: bu hissə 4 qoldan ibarətdir. Burada kameralar və alətlər vardır.

3 ölçülü görüntüləmə sistemi: yüksək görüntü imkanlı 3 ölçülü görüntüləmə sistemi ilə cərrah yüksək keyfiyyətdə əməliyyatlar həyata keçirir.

Robotik cərahiyə necə tətbiq olunur?

540 dərəcə dönmə xüsusiyyətinə sahib olan da Vinci cərrahiyyə robotu 4 qola sahibdir. Bu qolların 6 tərəfə hərəkət etmə xüsusiyyəti vardır. Robotik cərrahiyyədə göbək üzərində 12 mm-lik kəsiklər açılır və kamera ilə trokar yerləşdirilir. Bunun ardından əməliyyatı həyata keçirəcək olan robot qolları üçün 2 dəlik açılır və bu dəliklər 8 mm olacaq şəkildə təyin olunur. Əgər ehtiyac olarsa robotun qolları üçün daha bir dəlik açıla bilər.

Böyrək, sidik kisəsi, prostat xərçəngi kimi xəstəliklərin əməliyyatlarında cərrah əməliyyat masasında deyil, idarəetmə masası üzərindən əməliyyatı həyata keçirir. Həkim bu konsolda 3 ölçülü görüntüləmə vasitəsi ilə yüksək keyfiyyətli görüntü əldə edir. Əməliyyatı isə bədən daxilindəki 2 və ya 3 idarəetmə qolunu və pedalları yönləndirərək gerçəkləşdirir. Həmçinin həkim özü də kameranı birbaşa istifadə edə bilər və istədiyi keyfiyyət standartında görüntü əldə edə bilər.

Robotik cərrahiyyə sayəsində peşəkar bir uroloq: Prof.Dr.Murat Binbay

Həyati önəm ərz edən xərçəng əməliyyatlarında müvəffəqiyyət dərəcəsini təyin edən ən vacib faktor cərrahın təcrübəsidir. Urologiya sahəsində xərçəng əməliyyatlarında uroloq olan həkimin cərahiyyə robotunu istifadə etmə bacarığı çox önəmlidir. Təcrübəli bir uroloq robotik cərrahiyyə sahəsində möcüzələr yarada bilər.

Prof.Dr.Murat Binbay ( https://muratbinbay.com ) 3000-ə yaxın robotik və laporoskopik cərrahiyyə əməliyyatı həyata keçirib. Bu əməliyyatların müvəffəqiyyəti 99 faizdir. Robotik cərrahiyə uzmanı olan Dr.Binbay prostat, böyrək, xaya xərçəngi müalicəsində böyük uğurlara imza atıb. Murat Binbay təcrübəsi, dünya görüşü və peşəkarlığı ilə xərçəng müalicəsi sahəsində beynəlxalq konfranslara təqdimatçı olaraq dəvət edilən bir həkimdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR