“TURKOVAC”ın 3-cü faza sınaqları üçün Azərbaycanla Türkiyə arasında danışıqlar davam edir

“TURKOVAC”ın 3-cü faza sınaqları üçün Azərbaycanla Türkiyə arasında danışıqlar davam edir
# 08 iyul 2021 10:56 (UTC +04:00)

"TURKOVAC"-ın üçüncü fazası üzrə ölkə xaricində fəaliyyətimiz sürətlə davam edir".

APA-nın məlumatına görə, bu barədə Türk Sağlamlıq İnstitutlarının prezidenti Ərhan Akdoğan paylaşım edib.

“Bu çərçivədə dost və qardaş ölkə Azərbaycanla danışıqlarımız sürətlə davam edir”.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "TURKOVAC"ın 3-cü faza sınaqlarının Macarıstan, Azərbaycan və Qırğızıstanda da aparılacağını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR