Ukrayna Ali Radasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb

Ukrayna Ali Radasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb
# 17 oktyabr 2021 16:27 (UTC +04:00)

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvlərinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, Ukrayna Ali Radasının nümayəndə heyəti Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vandallıqla tanış olacaq.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Ali Radasının nümayəndə heyəti Gəncədə Ermənistanın raket zərbəsinə məruz qalmış ərazidə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR