Ukrayna səfiri: “Artıq Ağdam şəhəri inkişaf etməyə başlayıb” - VİDEO - YENİLƏNİB

Ukrayna səfiri: “Artıq Ağdam şəhəri inkişaf etməyə başlayıb” - <span class="red_color">VİDEO -  <span class="red_color">YENİLƏNİB

© APA | Vladislav Kanevski, Ukraynanın Azərbaycandakı səfiri

# 13 iyun 2021 22:10 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


18:03


 

 

“Mən Ukrayna Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə bir neçə ay əvvəl Ağdamda olmuşdum. Şəhər faktiki yox idi, halbuki GPS hətta küçələri və yolları göstərirdi. Bu gün biz Ağdama daxil olanda isə gördük ki, artıq şəhər inkişaf etməyə başlayıb”.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu bu gün Ağdamda səfərdə olan Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

V. Kanevski deyib ki, Ağdama girişdə inşa edilən yol və digər infrastruktur layihələrini görürlər: “Hazırda aktiv şəkildə ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Əminəm ki, Ağdam şəhəri inkişaf edəcək. Təcrübə göstərir ki, ərazilərin bərpası üçün böyük vəsait və zaman lazımdır. Ancaq bizim qarşılıqlı əməkdaşlığımız göstərir ki, bu prosesi biz birlikdə daha tez və uğurlu keçə bilərik. Ona görə də mən Ukrayna səfiri olaraq bir daha Sizin tərəqqinizə şahid oldum və sevindim. Əminəm ki, Ukrayna Azərbaycanın təqdimat, vizit kartı olacaq gözəl Ağdam şəhərinin həyat fəaliyyətinin yenilənməsi ilə bağlı proseslərdə iştirak edə bilər”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR