Ukrayna XİN başçısı Blinken və Borrellə görüşüb

Ukrayna XİN başçısı Blinken və Borrellə görüşüb
# 02 dekabr 2021 13:47 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN başçısı "Twitter"də bildirib.

"Stokholmda Entoni Blinken ilə əla görüşümüz oldu. Biz Rusiyanı növbəti aqressiv addımlardan çəkindirmək üçün ciddi iqtisadi sanksiyalar da daxil olmaqla, hərtərəfli çəkindirmə paketinin hazırlanması üzərində sıx əməkdaşlıq edirik. Biz davamlı Ukrayna-ABŞ strateji tərəfdaşlığına sadiqliyimizi bir daha təsdiqləyirik", - deyə Kuleba bildirib.

Dmitri Kuleba daha sonra Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məslələri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə də görüşüb. Onunla isə Rusiyaya qarşı sanksiyaların tətbiq olunması məsələsi müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR