Ukraynalı jurnalist: "Mülki hədəflərə edilən zərbələr barışmaq üçün bir çox addımları mümkünsüz edib"

Yuri Butusov

© APA | Yuri Butusov

# 28 sentyabr 2021 10:32 (UTC +04:00)

“Mən azad edilmiş ərazilərdə tamamilə dağılmış şəhərlərin xarabalıqlarına gələn insanları gördüm, onlar bizə 30 il əvvəl burada necə yaşadıqlarını izah edirdilər”.

APA-nın xəbərinə görə, bunu Gəncəyə səfər edən Ukraynalı jurnalist Yuri Butusov deyib.

O bildirib ki, bu, çox təsiredicidir: “Ölü bir şəhər, ətrafda heç nə yoxdur, amma bir vaxtlar həyatla dolu idi. Gəncədə də eyni mənzərədir. Mülki hədəflərə edilən bütün bu zərbələrin mənası yox idi, bu, müharibədə heç nəyi dəyişmədi, ancaq nifrət, acılıq dərəcəsini artırdı və 30 il ərzində Qarabağda baş verənləri nəzərə alaraq, barışmaq üçün bir çox addımları mümkünsüz etdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR