Universitetə qəbul olmaq istəyən subbakalavrlar üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı nəşr edilib

Subbakalavrlar üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı

© APA | Subbakalavrlar üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı

# 02 avqust 2021 10:31 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını nəşr edib.

DİM-dən APA-ya verilən məlumata görə, xüsusi buraxılışda “2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə SUBBAKALAVRLARIN İXTİSAS SEÇİMİ ELANI”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı İXTİSAS UYĞUNLUĞU CƏDVƏLİ ” və digər faydalı məlumatlar təqdim olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR