Uşaq əyləncə məkanlarının fəaliyyəti bərpa edilir

Uşaq əyləncə məkanlarının fəaliyyəti bərpa edilir
# 24 sentyabr 2021 17:52 (UTC +04:00)

Oktyabrın 1-dən istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti bərpa edilir.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında əksini tapıb.

Qeyd edək ki, faliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR