ÜST: Azərbaycanda antibiotiklərlə bağlı Milli Planın təsdiqi pandemiyaya görə gecikib

ÜST: Azərbaycanda antibiotiklərlə bağlı Milli Planın təsdiqi pandemiyaya görə gecikib
# 23 noyabr 2021 13:27 (UTC +04:00)

“Antibiotiklərlə bağlı Milli Planın hazırlanması nəzərdə tutulmuşdu. İşçi qrupu da yaradılmışdı”.

APA-nın məlumatına görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş dəyirmi masada deyib.

O bildirib ki, plan hazırlanıb, amma pandemiyaya görə təsdiqi gecikib: “Azərbaycanda antibiotiklərlə bağlı vəziyyətin yaxşı olmadığını bilirdik. Amma pandemiya bir daha bunu göstərdi. Milli plana pandemiya ilə bağlı yeniliklər də əlavə olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR