ÜST Azərbaycanda yeni layihənin icrasına başlayıb - FOTO

ÜST Azərbaycanda yeni layihənin icrasına başlayıb - <span class="red_color">FOTO</span>
# 09 iyun 2021 15:05 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın münaqişənin təsirinə məruz qalmış beş rayonunda "Sağlamlıq xəmsəsi" layihəsinin icrasına başlayıb.

APA-nın xəbərinə görə, layihənin icrasına bu gün Bərdə rayonunda start verilib. Bununla bağlı Bərdə Diaqnostika Mərkəzində keçirilən tədbirdə ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı da iştirak edib.

Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər regionlarını əhatə edən “Sağlamlıq xəmsəsi” layihəsinin məqsədi, təxminən 650.000 əhalisi olan bir bölgədə silahlı qarşıdurma və COVID 19-un təsirini səhiyyənin üzərində minimuma endirmək və psixo-sosial dəstək verməkdir.

Layihə yerli işçi qüvvəsinin səhiyyə xidmətinin stabilləşdirilməsi səylərinin gücləndirilməsini hədəfləyir. Layihənin əsas məqsədləri ucqar bölgələrdə səhiyyə xidmətlərinə əlçatanlığın təkmilləşdirilməsi, 3 psixoloq və tibbi səyyar qrupları cəlb edərək psixi sağlamlıqla bağlı çətinlik yaşayan insanlara psixi sağlamlıq və psixo-sosial dəstək vermək, Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Füzulinin seçilmiş 25 məntəqəsində 5 tibbi səyyar komanda vasitəsi ilə zəruri səhiyyə xidmətləri göstərmək və ÜST-nin psixi sağlamlıq üzrə protokollarının və təlimatlarının tərcüməsini təşkil etməkdir.

Layihə çərçivəsində sözügedən 5 rayona 10 ədəd avtoklav, 10 ədəd oksigen konsentratoru, 480 qutu antigen testi, 38 adda avadanlıq və 101 adda dərman vasitəsi paylanacaq.

 

ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib ki, layihənin məqsədi 5 rayonda yaşayan insanların, xüsusilə münaqişədən əziyyət çəkmiş şəxslərin psixi-sosial sağlamlığına, həm də səhiyyə sisiteminə dəstək olmaqdır: “Bizim 3 mobil briqadamız var. Bu briqadalar ucqar kəndlərə  gedib orda səhiyyə xidmətləri göstərəcək. Ayrıca olaraq insanlara psixi-sosial dəstək veriləcək. Layihə çərçivəsində qeyd olunan bölgələrin səhiyyə müəssisələrinə 10 ədəd avtoklav, 10 ədəd oksigen konsentratoru, çoxlu sayda antigen testləri gətirmişik. Bundan başqa, bir neçə növ avadanlıqlar gətirmişik, onları da 5 rayonda səhiyyə işçilərinə və xəstəxanalara paylayacağıq.  Ümid edirik ki, insanlara az da olsa, bir faydamız dəyəcək”.

Onun sözlərinə görə, layihənin icrası 3 ay davam edəcək: “Ümid edirik ki,  daha çox maliyyə imkanlarımız olsa, xidmətlərimizi davam etdirəcəyik. Çünki burada xüsusilə münaqişədən əziyyət çəkən insanlar yaşayır. Bizim məqsədimiz  Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə əlimizdən gələn köməyi etməkdir“.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR