ÜST: Hər ölkə əhalisinin 10%-ni sentyabradək, 30%-ni isə ilin sonunadək koronavirusa qarşı peyvənd etdirməlidir

Tedros Adanom Qebreyesus

© APA | Tedros Adanom Qebreyesus

# 24 may 2021 14:19 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus hər ölkəni sentyabradək əhalisinin 10%-ni koronavirusa qarşı peyvənd etdirməyə çağırıb.

APA-nın məlumatına görə, cənab Qebreyesus bu çağırışı Cenevrədə keçirilən 74-cü Ümumdünya Səhiyyə Assambleyasında edib.

O, hər ölkənin öz əhalisinin 30%-ni isə ilin sonunadək koronavirusa qarşı peyvənd etdirməsinin vacibliyini vurğulayıb.

Baş direktor bunun kornavirus pandemiyası ilə mübarizədə mühüm təsirləri ola biləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR