ÜST nümayəndəsi: “Ucqar kəndlərdə səhiyyə xidmətlərinin göstərilməsi bizim üçün çox vacibdir”

ÜST nümayəndəsi: “Ucqar kəndlərdə səhiyyə xidmətlərinin göstərilməsi bizim üçün çox vacibdir”
# 15 iyul 2021 11:43 (UTC +04:00)

““Sağlamlıq Xəmsə”si layihəsi çərçivəsində 3000-dək insana tibbi xidmət göstərilib”.

APA-nın məlumatına görə, bunu Bərdədə “Sağlamlıq Xəmsə”si layihəsinin bağlanış mərasimində jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bu müddət ərzində xüsusən qadınlara, uşaqlara səhiyyə xidmətləri göstərilib: “Bundan başqa, Ağcabədi, Bərdə, Tərtər, Füzuli və Ağdamdakı xəstəxanalara tibbi avadanlıq yardımı etdik. Ümid edirəm ki, layihəni davam edə biləcəyik. Çünki buradakı xidmətlər çox vacibdir. Xüsusən ucqar kəndlərə səhiyyə xidmətlərinin getməsi bizim üçün önəmlidir”.

H. Harmançı qeyd edib ki, layihə çərçivəsində 5 mobil klinika vasitəsilə 25 ucqar kənddə hər gün səhiyyə xidmətləri göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR