ÜST: Omicron ştamı dünyanın 57 ölkəsində tapılıb

ÜST: Omicron ştamı dünyanın 57 ölkəsində tapılıb
# 08 dekabr 2021 14:16 (UTC +04:00)

COVID 19-un Omicron ştamı dünyanın 57 ölkəsində tapılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal epidemioloji vəziyyətə dair həftəlik bülletenində bildirilib.

"Hazırda 57 ölkədə Omicrona yoluxma halları müəyyən edilib. İndiyədək müəyyən edilmiş halların əksəriyyəti səyahətlə bağlıdır, lakin bu dəyişə bilər", - deyə ÜST bildirib.

Qeyd olunub ki, son iki ayda qeydə alınan COVID-19-a yoluxma hallarının 99,8%-nin “delta” ştamına yoluxmadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR