ÜST: Payız aylarında koronavirusa yoluxma saylarında yenidən artım olacağı gözlənilir

ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı

© APA | ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı

# 02 iyul 2021 12:43 (UTC +04:00)

“Koronavirusa yoluxma sayları azalıb, amma diqqət etməyimiz lazımdır”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, çünki sentyabr, oktyabr aylarında koronavirusa yoluxma saylarında yenidən artım olacağı gözlənilir: “Başqa ştammlar da ola bilər. ÜST olaraq daim bunları monitorinq edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR