ÜST psixi sağlamlıq və psixo-sosial dəstək sahəsində fəaliyyətini genişləndirib

ÜST psixi sağlamlıq və psixo-sosial dəstək sahəsində fəaliyyətini genişləndirib
# 06 iyul 2021 16:27 (UTC +04:00)

Avropa İttifaqının Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü və BMT-nin Fövqəladə Hallara qarşı Cavab Tədbirləri üzrə Mərkəzi Fondu tərəfindən təmin edilən maliyyə dəstəyi ilə ÜST-ün Azərbaycan nümayəndəliyi COVID-19 pandemiyası və Dağlıq Qarabağ münaqişəsi səbəbiylə ölkənin artan ehtiyaclarına cavab olaraq 2020-ci ilin sonlarından bəri 98 psixi sağlamlıq və psixo-sosial dəstək (PSPSD) mütəxəssisinə təlim keçilməsini təşkil edib.

ÜST-ün Azərbaycan nümayəndəliyindən APA-ya bildirilib ki, ÜST Azərbaycan, həmçinin, COVID-19-la bağlı bütün layihələrinə PSPSD komponenti əlavə edib və PSPSD mütəxəssislərini Azərbaycanın münaqişədən zərər çəkmiş 5 rayonunda təcili ehtiyacların ödənməsi üçün işə cəlb edib. Bundan əlavə, ÜST Azərbaycan yaxın vaxtlarda Səhiyyə Nazirliyi və Sosial Xidmətlər Agentliyinin səhiyyə müəssisələrində pasiyentlərə dəstək olmaq üçün psixoloqları və sosial işçiləri işə cəlb edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR