ÜST: Reseptsiz antibiotik qəbulu doğru deyil

Hande Harmancı

© APA | Hande Harmancı

# 23 noyabr 2021 12:30 (UTC +04:00)

“Viruslara qarşı antibiotiklərin hər hansı təsiri yoxdur”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, bütün dünyada COVID-19-a yoluxan insanların 75 faizindən çoxu antibiotiklərdən istifadə edir: “Bu, çox yalnışdır. Koronavirusa təsir etmədiyi kimi dərmanın bu şəkildə istifadəsi gələcəkdə bu antibiotiklərə qarşı davamlılığın itməsinə səbəb olur. Buna görə həkim tərəfindən resept yazılmadan insanların özbaşına antibiotik qəbul etməsi doğru deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR