Üzərində mobil telefon aşkarlanan 3 nəfər imtahandan xaric olunub

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 01 iyul 2021 15:53 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlarda 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR