Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

DOST Mərkəzi

© APA | DOST Mərkəzi

# 11 sentyabr 2021 12:09 (UTC +04:00)

Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 500-dək şəxs müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, Vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsəd şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələr üzrə 7 quruma aid 26 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu, şəffaflıq prinsipləri əsasında göstərilməsidir. Ötən dövrdə mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimi olub:

• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 61 müraciət;
• Müdafiə Nazirliyi üzrə 265 müraciət;
• Səhiyyə Nazirliyi üzrə 16 müraciət;
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 33 müraciət;
• Yerli icra hakimiyyəti orqanları üzrə 38 müraciət;
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 13 müraciət;
• Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 70 müraciət.

Aidiyyəti qurumların nümayəndələri tərəfindən müraciətlər qəbul edilərək, əlaqələndirilmiş şəkildə baxılmaqla operativ qaydada xidmətlər göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR