Valeh Hüseynov: "İmmunoplazma ilə 400-dən çox koronaviruslu xəstə sağalıb"

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov

© APA | Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov

# 02 iyul 2021 16:46 (UTC +04:00)

“COVID-19-un müalicəsində vaksinasiyadan əvvəl ən effektiv müalicə yollarından biri COVID-19 immunoplazmasının verilməsidir”.

APA-nın məlumatına görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov “TƏBİB məsləhəti”ndə deyib.

O bildirib ki, mərkəzdə bu sahədə araşdırma və işlər aparılıb: “İmmunoplazma hazırlayaraq koronavirusa yoluxmuş 400-dən çox xəstənin müalicəsinə və sağalmasına nail olduq”.

O qeyd edib ki, pandemiya zamanı dünyada qan mərkəzləri həyəcan təbili salırdı, çünki qan ehtiyatları azalmışdı: “Ötən il aprel-may aylarında bizdə də eyni vəziyyət yaranmışdı. Sonra aksiyalara başlanıldı və qan ehtiyatları çoxaldı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR