Valeh Hüseynov: "Yeni talassemiyalı xəstələrin doğulma sayı xeyli azalıb"

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov

© APA | Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov

# 02 iyul 2021 16:24 (UTC +04:00)

“2015-ci ildən nikaha daxil olan bütün cütlüklər müayinə olunur”. APA-nın məlumatına görə, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov “TƏBİB məsləhəti”ndə deyib.

Onun sözlərinə görə, rəqəmlər yeni talassemiyalı xəstələrin doğulma sayının xeyli azaldığını göstərir: “Düşünürük ki, bu templə profilaktik tədbirlər davam etsə, gələcəkdə talassemiyalı və digər irsi qan xəstəliyi ilə doğulan uşaqların sayı da azalmağa doğru gedəcək. Talassemiyalı xəstələrin ən böyük problemi donorların olmamasıdır. Çünki ailədə bir uşaq olur və ya ikinci uşaqda xəstəlik müşahidə edilir. Cəmi 10 faiz talassemiyalı pasiyentin donoru bacı və qardaşlar arasında tapıla bilir. Bu da aşağı rəqəmdir. Buna görə biz beynəlxalq registrlərə müraciət edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR