Vasif Əliyev: "Panikaya düşən şəxslər xəstəliyi ağır keçirir"

Vasif Əliyev

© APA | Vasif Əliyev

# 20 noyabr 2021 11:14 (UTC +04:00)

"Bu dövrdə insanların daha çox antibakterial, antidepresantlar istifadə etdiyini görürük".

APA-nın məlumatına görə, bunu həkim-infeksionist Vasif Əliyev "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, panikaya düşən şəxslər xəstəliyi ağır keçirir: "Müşahidələrim nəticəsində də görmüşəm ki, xəstəliklə bağlı panikaya düşənlər xəstəliyi daha ağır keçirirlər. Amma elə xəstələr var ki, ağciyərlərində 80-90 faiz tutulma olduğu halda belə koronavirus keçirdiyinin fərqində olmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR