Vasif Eyvazzadə: "ISESCO ilə Azərbaycan arasında bir sıra istiqamətlərdə əməkdaşlıq davam etdirilir"

Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə

© APA | Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə

# 14 oktyabr 2021 21:36 (UTC +04:00)

"Dekabr ayında ISESCO Baş Konfransı və icraiyyə şurası keçiriləcək. Biz də həmin konfrans və icraiyyə şurasına hazırlaşırıq. Ümid edirik ki, qarşıya qoyduğumuz məsələlər barədə ümumi razılıq əldə edərik".

Bunu Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə APA-ya açıqlamasında deyib.

O bildirib ki, ISESCO ilə Azərbaycan arasında bir sıra istiqamətlərdə əməkdaşlıq davam etdirilir:

"Bildiyiniz kimi, ISESCO-nun Baş direktoru Cənab Prezident İlham Əliyevin dəvəti ilə yanvar ayında Bakıda olub. Həmin səfər çərçivəsində bir sıra məsələlər razılaşdırılıb. Hazırda iki məsələ ilə bağlı əməkdaşlıq davam etdirilir. Onlardan biri Şuşanın "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi, ikinci məsələ isə ISESCO tərəfindən faktaraşdırıcı missiyanın ölkəmizə səfərinin təşkili və işğaldan azad olunan ərazilərdə mədəni irsin, mədəniyyətin vəziyyətini təhlil etməklə bağlıdır. Həmçinin ISESCO-nun burada regional ofisinin açılması istiqamətində də işlər davam etdirilir. Bu məsələ ilə bağlı növbəti il müsbət qərarlar qəbul olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR