Vaxtından əvvəl doğulan uşaqlarda yaranan əsas problemlər açıqlanıb

Erkin Rəhimov

© APA | Erkin Rəhimov

# 03 noyabr 2021 14:14 (UTC +04:00)

“Vaxtından əvvəl doğulan uşaqlarda yaranan əsas problem tənəffüs problemidir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Vaxtından əvvəl doğulmuş uşaqlarda görülən sağlamlıq problemləri" mövzusunda çıxışında deyib. O bildirib ki, bu uşaqlarda ağciyər problemləri olur: “Bundan başqa ürəklə, görmə və eşitmə ilə bağlı ciddi səbəblər ola bilər. Həmçinin infeksiya və beyinlə bağlı problemlər olur. Belə uşaqlarda damarlar yumşaq və kövrək olduğu üçün beyindaxili qanama riski çox yüksəkdir. Buna görə həmin uşaqlara sakit mühit lazımdır. Bağırsaqla bağlı da ciddi problemlər ola bilər. Bağırsaqların selikli qişası və özü zədələnə, hətta deşilməyə qədər gedib çıxa bilər. Bunlara baxmayaraq, doğru yanaşma ilə bir çox problemlərin öhdəsindən gələ bilirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR