Vəkillər Kollegiyasının Rəyasət Heyətinə yeni bina ayrılıb

Vəkillər Kollegiyasının Rəyasət Heyətinə yeni bina ayrılıb
# 08 iyun 2021 13:31 (UTC +04:00)

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli, 335 saylı sərəncamı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə Bakı şəhərində ümumi sahəsi təxminən 3.500 kv.m olan bina ayrılıb.

APA xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

Anar Bağırov sosial şəbəkə hesabında etdiyi paylaşımda Azərbaycan Respublikası Prezidentinin 2005-ci və 2018-ci illərdə vəkilliyin güclənməsi naminə müvafiq sərəncamlarında Vəkillər Kollegiyası üçün Bakı şəhərində bina ilə bağlı Nazirlər Kabinetinə verdiyi tapşırıqların icra olunduğunu qeyd edib: “Xüsusilə mürəkkəb bir məsələ idi, çox xoşbəxtəm ki, sədr seçildiyim gündən etibarən rast gəldiyim ən çətin problemlərdən biri həllini tapdı. İnanıram ki, tezliklə müasir və modern "Vəkil Evi" vəkillərimizin istifadəsinə veriləcək”.

A.Bağırov bütün vəkillər adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya vəkilliyə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR