Venesuelada daşqınlar nəticəsində azı 13 nəfər həlak olub

Venesuelada daşqınlar nəticəsində azı 13 nəfər həlak olub
# 25 avqust 2021 04:24 (UTC +04:00)

Venesuelanın qərbində Merida ştatında uzun müddət davam edən leysan yağışları nəticəsində Mokotis çayının daşması azı 13 nəfərin həyatına son qoyub.

APA “Frans Press”ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Ramon Quevara bildirib.

Onun sözlərinə görə, Tovar kəndində 11 nəfərin cəsədi tapılıb: “İki uşaq Pinto Salinas bölgəsində ölüb. Sürüşmə nəticəsində hadisə yerinə giriş çətinləşib. Bir çox ev işıqsız qalıb, telefon əlaqəsi kəsilib”.

Təbii fəlakət Venesuelanın paytaxtı Karakas da daxil olmaqla ölkənin digər bölgələrinə də təsir edib.

Meteoroloqlara görə, azı altı ştatda çaylardakı suyun səviyyəsi yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR