Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 23 noyabr 2021 11:07 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə 2021-ci il noyabrın 28-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən APA-ya bildirilib ki, imtahan Bakı şəhərində 2 binada təşkil olunacaq və saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.

İmtahanların idarə olunmasına 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 31 nəzarətçi-müəllim və 4 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.

İmtahanda iştirak etmək üçün 322 namizəd qeydiyyatdan keçib.

İmtahan 3 sааt dаvаm еdəcək.

İmtahanda namizədin seçdiyi istiqamәt üzrә 100 test tapşırığı (95 qapalı tipli vә 5 açıq tipli) tәqdim olunur. 1-4-cü vә 80-ci suallar açıq tipli test tapşırıqlarıdır. Hüquq sahәsi üzrә sual kitabçasında 1-8-ci tapşırıqlar yeni tarix vә dünyagörüşü, 9-65-ci tapşırıqlar qanunvericilik, 66-100-cü tapşırıqlar isә rәqәmsal, verbal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә üzrә bacarıqları yoxlayan test tapşırıqlarıdır. İqtisadiyyat vә digәr ixtisas sahәlәri üzrә sual kitabçasında 1-20-ci tapşırıqlar yeni tarix vә dünyagörüşü, 21-35-ci tapşırıqlar qanunvericilik, 36-100-cü tapşırıqlar isә rәqәmsal, verbal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә üzrә bacarıqları yoxlayan test tapşırıqlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR