Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək

Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək
# 21 may 2021 16:05 (UTC +04:00)

Gəlir vergisindən azadolmalar və güzəştlərin əhatə dairəsi genişləndirilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Vergi Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR