Vətən Müharibəsi Qəhrəmanlarının abidələrinin açılışında Dövlət Himni mütləq ifa ediləcək

Vətən Müharibəsi Qəhrəmanlarının abidələrinin açılışında Dövlət Himni mütləq ifa ediləcək
# 21 may 2021 16:06 (UTC +04:00)

Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar artırılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni mütləq ifa ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR