Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq

Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq
# 21 may 2021 16:06 (UTC +04:00)

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin formalarına dəyişiklik edilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq.

Eyni zamanda, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR