Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Londonda anılıb

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Londonda anılıb
# 27 sentyabr 2021 22:04 (UTC +04:00)

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində Anım günü ilə bağlı tədbir keçirilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, tədbirdə səfiri Elin Süleymanov, hərbi attaşe Vüqar Əhmədov, Azərbaycan səfirliyinin əməkdaşları, diaspora üzvləri və Britaniyalı və türk jurnalistlər iştirak ediblər.

Tədbirin əvvəlində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Səfir E.Süleymanov bu günün Azərbaycan tarixində çox önəmli bir gün olduğunu deyib. O bildirib ki, Ermənistanın açıq-aşkar təhrikedici təxribatlarına baxmayaraq 44 gün müddətində Azərbaycan hərbi əməliyyatları beynəlxalq hüquq norma və prinsiplərinə uyğun şəkildə davam etdirib və özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxmayıb.

Elin Süleymanov xalqla dövlət arasında mövcud olan möhkəm birliyin qələbədəki önəminə toxunub, bu birliyi daim qorumağın və gücləndirməyin əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinin hərbi attaşesi Vüqar Əhmədov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan əsgərinin göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edib. “Azərbaycan Evi” təşkilatının sədri Əli Təkin Atalar isə şəhidlərin xatirəsinin hər bir azərbaycanlının ürəyində əbədi olaraq yaşayacağını bildirib.

Tədbirin sonunda Vətən müharibəsinə həsr olunmuş video çarxlara baxılıb, Anım gününə həsr olunmuş guşənin önünə çiçəklər qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR