Viktor Qasımov: “Vaksin vurduran uşaqlarda heç bir yan təsir olmayıb"

Səhiyyə nazirinin müavini Viktor Qasımov

© APA | Səhiyyə nazirinin müavini Viktor Qasımov

# 12 oktyabr 2021 16:38 (UTC +04:00)

“12-15 yaşlı uşaqların vaksinasiyadan keçməsi ilə bağlı artıq müraciət olub”.

Bunu APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, artıq vaksin vurduran yeniyetmələr var: “Vaksin vurduran uşaqlarda heç bir yan təsir olmayıb, təsiri çox yaxşıdır”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarı ilə müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən, 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR