Vüqar Behbudov: “3000-dən çox ailəyə psixoloji dəstək göstərilib”

Vüqar Behbudov

© APA | Vüqar Behbudov

# 29 iyul 2021 15:28 (UTC +04:00)

“Sosial Xidmətlər Agentliyi tərəfindən Vətən müharibəsi iştirakçıları və yaxınlarına müxtəlif sosial dəstək tədbirləri göstərilib”.

APA-nın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, müharibə zamanı mülki əhaliyə də terror hücumu olub, bu zaman Agentlik əməkdaşları həmin bölgələrdən olan ailələrə dəstək göstərib: “Noyabrın 18-dən bu kateqoriyadan olan ümumilikdə 3000-dən çox ailəyə psixoloji dəstək göstərilib, onlayn psixoloji yardımla bağlı da 1500-dən çox müraciət qeydə alınıb”.

Şəhid ailələri və qazilərə mənzillər verildiyini vurğulayan sədr gələn həftədən etibarən həmin mənzillərdə yaşayan qazilərə sosial psixoloji yardım göstəriləcəyini diqqətə çatdırıb: “Orada yaşayan şəhid ailələri tərəfindən müraciət olarsa, onlara da sosial psixoloji yardım göstəriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR