Vüqar Kərimov: "Ermənistandan gələn çayların çirkləndirilməsinin azaldılması ilə bağlı işlərə başlanılıb"

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

© APA | Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

# 16 oktyabr 2021 14:31 (UTC +04:00)

"Ermənistan ərazisindən keçib gələn 4 çayımız var. Bunlar Bərgüşad, Oxçuçay, Bəsitçay və Araz çayıdır. Araz çayı İran və Ermənistan ərazilərindən keçməklə gəlir".

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Nazir müavini deyib ki, bu çayların içərisində çirklənməsinə görə kritik vəziyyətdə olan Oxçuçaydır: "ETSN və digər aidiyyatı qurumlar Ermənistanın çayı çirkləndirməsini azaltması ilə bağlı əməli işlərə başlayıb. Çayların çirkləndirilməsinin dayandırılması vacib məsələdir. Çünki ora qayıdan əhalinin təmiz su ilə təminatı dövlətin öhdəliyidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR