Vüsal Hüseynov: “Sərhədlər bağlanandan ölkəyə daxil olan əcnəbilərin viza müddəti bitdikdən sonra da leqal yaşaya bilirlər”

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

© APA | Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

# 28 iyul 2021 14:16 (UTC +04:00)

“Dövlət Miqrasiya Xidmətinin əsas prioritet məsələsi COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan qaydaların ölkədəki əcnəbilərin həyatına minimum təsir etməsini təmin etməkdir”.

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyəti ilə bağlı keçirilən onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Prezidentin Sərəncamı ilə yaradılan Operativ Qərargahda DMX da təmsil olunur. 24 mart 2020-ci ildən, yəni sərhədlər bağlanandan indiyə qədər ölkəyə daxil olan hər əcnəbinin viza müddəti və ya ölkədə olma müddəti bitdikdən sonra leqal yaşaya bilirlər: “1 sentyabra qədər bu müddət davam edir. Həmin müddətdən sonra sərhədlərin bağlı qalması barədə qərar verilərsə, həmin şəxslər eyni qaydada yaşaya bilər. Amma sərhədlərin açılması barədə qərar olarsa, DMX tərəfindən müvafiq məlumatlar veriləcək ki, leqallaşma üçün hansı müddət var, yəni ya giriş-çıxış etməli, ya da ölkədə leqal qalmaları üçün addım atmalıdılar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR