Vüsal Quliyev: “QHT-lər Ermənistanın terror aktları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək” - VİDEO

QHT nümayəndələri, Gəncədə Ermənistanın raket zərbəsi nəticəsində dağılan ərazilərdə

© APA | QHT nümayəndələri, Gəncədə Ermənistanın raket zərbəsi nəticəsində dağılan ərazilərdə

# 03 oktyabr 2021 15:01 (UTC +04:00)

“Ermənistanın raket zərbələri nəticəsində Gəncədə, Bərdədə və digər şəhər və kəndlərimizdə törətdiyi terror aktlarına, faciəyə hələ də hüquqi qiymət verilməyib”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev bildirib.

V. Quliyev deyib ki, vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəal olmalıdırlar: "Bu gün QHT nümayəndələrinin Gəncəyə səfərində də məqsəd budur ki, bu terror aktını, faciəni bir daha gözləri ilə görməklə əlaqədə olduqları xarici QHT-lərə, beynəlxalq təşkilatlara müraciət etsinlər. Bu gün bu səfərdə 100-ə yaxın QHT nümayəndəsi iştirak edir. Onların əksəriyyəti insan hüquqları, qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərdir. Bu QHT-lər adından müraciət də qəbul olunacaq. Müraciətdə Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edəcək və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirəcək. Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət ediləcək, onlar Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR