Xaçmazda ağacları kəsən şirkətlə bağlı Baş Prokurorluğa müraciət olunub

Xaçmazda ağacları kəsən şirkətlə bağlı Baş Prokurorluğa müraciət olunub
# 27 may 2021 17:38 (UTC +04:00)

Xaçmaz rayonunun Seyidlər kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

APA-nın xəbərinə görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Qərb Ekol” MMC tərəfindən qovaq ağaclarının kəsildiyi və təbiətə 23800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - deyə H. Əlizadə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR