Xaçmazda velosiped sürən 11 yaşlı uşağı maşın vuraraq öldürüb

Xaçmazda velosiped sürən 11 yaşlı uşağı maşın vuraraq öldürüb
# 22 sentyabr 2021 12:59 (UTC +04:00)

Xaçmazda 11 yaşlı uşağı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 21-də saat 15 radələrində Xaçmaz rayonunun Mirzəməmmədqışlaq kəndi ərazisində Abşeron rayon sakini C.Nəsirov idarə etdiyi “Toyota” markalı avtomobillə velosiped sürən kənd sakini, 11 yaşlı Bahəddin Səfərəliyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR