Xaçmazda Vətən Müharibəsi iştirakçılarına medallar təqdim olunub - FOTO

Xaçmazda Vətən Müharibəsi iştirakçılarına medallar təqdim olunub - FOTO
# 26 iyun 2021 18:02 (UTC +04:00)

Xaçmazda 26 iyun - Silahlı Qüvvələr günü qeyd olunub.


APA TV-nin şimal bürosunun xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, ruhuna ehtiram nümayiş etdiriblər.

Bayram tədbirində çıxış edənlər Azərbaycan Ordusunun gücündən və qüdrətindən danışıblar. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi qələbədən söz açıb. Qeyd olunub ki, xaçmazlı gənclər də torpaqlarımızın işğaldan azad olunmasında fəallığı ilə seçilib. Onların hər biri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tərəfindən mükafatlandırılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi polkovnik Mətləb Murğuzov tədbir iştirakçılarını əlamətdar gün münasibət ilə təbrik edərək, gələcək həyatlarında uğurlar arzulayıb. Şəhid ailələri və Qarabağ qaziləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə Vətən Müharibəsi iştirakçılarına orden və medallar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR