Xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarının necə keçiriləcəyi açıqlanıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 27 oktyabr 2021 16:36 (UTC +04:00)

Bu ilin dekabrında keçiriləcək doktoranturaya və dissertanturaya xarici dillər üzrə fəlsəfə doktoru imtahanları dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, proqramlar üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan bacarıqlar və imtahanın strukturu və tapşırıq nümunələri haqqında linkə keçid etməklə əlavə məlumat ala mümkündür.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında da danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR