Xarici dövlətlərdə Vətən Müharibəsi qəhrəmanlarının abidələrinin açılışı zamanı himn oxunacaq

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 29 sentyabr 2021 18:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Dövlət Himni xarici dövlətlərin ərazisində Azərbaycan Respublikasının keçirdiyi Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı ifa ediləcək.
APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qərara əsasən, qanuna uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Himni xarici dövlətlərin ərazisində Azərbaycan Respublikasının keçirdiyi Azərbaycan Respublikasının bayramlarına, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələrə həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, həmçinin dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən) ifa edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR