Bakıda “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətlərinin təşkilatçılığı ilə tibb sərgiləri açılıb

Bakıda “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətlərinin təşkilatçılığı ilə tibb sərgiləri açılıb
# 25 sentyabr 2014 08:54 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakıda “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətlərinin təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 20-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə - “BIHE”, 9-cu Azərbaycan Beynəlxalq “Stomatologiya” , 8-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik Tibb” (“Beauty Azerbaijan 2014”) sərgiləri açılıb.

APA -nın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, son 7 il ərzində Azərbaycanda 600-ə yaxın yeni səhiyyə müəssisələri və xəstəxanalar açılıb: "Bu xəstəxanaların müasir avadanlıqlar və dərmanlarla təchiz edilməsində səhiyyə sərgilərinin rolu böyükdür. Azərbaycanda səhiyyə sərgisinin keçirilməsi adət halını alıb. Hər il iştirakçıların sayı daha da artır".

Azərbaycan səhiyyəsinin dünya səhiyyəsinə inteqrasiya etdiyini söyləyən nazir müavini qeyd edib ki, bu il sərgidə 17 ölkədən 147 şirkət iştirak edir: "Ənənəvi olaraq səhiyyə sərgisi ilə yanaşı artıq 9 ildir stomatoloji sərgi, 8 ildir estetik təbabət sərgisi keçirilir”.

Sərginin açılışında iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov da çıxış edib. O bu cür sərgilərin iqtisadiyyat sahəsində əldə edilən nailiyyətləri əks etdirdiyini söyləyib.

Qeyd edək ki, sərgi sentyabrın 27-nə kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR