Xəstənin transplantasiyaya ehtiyacının olub-olmamasına dair qərarın forması təsdiqlənib

Xəstənin transplantasiyaya ehtiyacının olub-olmamasına dair qərarın forması təsdiqlənib
# 09 iyul 2021 13:06 (UTC +04:00)

Baş nazir Əli Əsədov “Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin və tibb müəssisəsinin həkim komissiyasının qərarının Forması”nın təsdiq edilməsi haqqında qərar verib.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, qərara əsasən, “Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin Forması” və “Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinin həkim komissiyasının qərarının Forması” təsdiq edilib.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR